Dahi Tolstoydan mənalı kəlamlar | Tolstoy sözləri

 

Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən.

Lev Tolstoy

 

  • Gözləməyi bacaran adam üçün hər şey öz vaxtında gəlir...
  • Səbr və vaxtdan qüvvətli əsgər yoxdur.
  • Heç kim öz var-dövlətindən razı deyil, ancaq hamı öz ağlından razıdır.
  • Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar.
  • Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. -Lev Tolstoy
  •  Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə.

Dahi Tolstoydan mənalı kəlamlar | Tolstoy sözləri tolstoy sozleri

Sadəcə kitab oxumaq yetməz bir insana. Bəzən meydan oxumaq lazımdır — Həyata, özünə, dünyaya..

Lev Tolstoy

 

  • İki güclü silah var: Biri səbr, digəri zamandır...
  • Biz nə qədər çox seviriksə, bizim həyatımız bir o qədər geniş, dolu və sevincli olur.
  • Sevmək, sevdiyin adamın həyatı ilə yaşamaq deməkdir.
  • Vicdan-insanların həyatının doğru yol göstəricisidir.
  • Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır.
  • Sadəlik — mənəvi gözəlliyin əsas şərtidir. -Lev Tolstoy
  • İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir. 
  •  Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.
  • Həyatı elə yaşamaq lazımdır ki, ölüm onu məhv edə bilməsin.
  • Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir.
  • Bir halda ki, qəlbində insanlara məhəbbət yoxdur, sakit otur, öz-özünlə, əşyalarla, nə ilə istəyirsən, məşğul ol, ancaq insanlarla məşğul olma.
  • İnsanlar özlərini düşündükləri üçün yaşadıqlarını fikirləşsələr də, əslində ancaq sevgi ilə yaşadıqlarını başa düşürəm. Kimdə sevgi varsa, o, Tanrının yanındadır, Tanrı da onunladır. Çünki, Tanrı özü elə sevgidir.
  • Əsl bitki kökləri olmadan yaşaya bilmədiyi kimi, mənəviyyat da öz kökü ilə dinə bağlı olmadan mövcud ola bilməz.
  • Din sözü ilə biz baş verən olayın qıraqdan görünüşünü ifadə eləyirik, inancla isə bu olayın insanın öz daxilində necə yaşadığını deyirik.
  • Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir.
  • Nə qədər ki sevməmişik, biz qafilik, yatmışıq. Fani adamlarıq… Elə ki sevdik, yüksəlirik, allah kimi, ilk yaradılan məxluq kimi pak və müqəddəs oluruq...
  • Yaşamağın bədəndə deyil ruhda olduğunu anlayanda, artıq ölüm yoxdur, yalnız bədəndən qurtuluş vardır.
  • Həyat bizi dörd riyazi əməllə sınayar; Həqiqətlərlə vurar, Ayrılıqlarla bölər, İnsanlıqdan çıxarar, sonra da «Topla özünü» deyər.
  • Hər kəs dünyanı dəyişdirmək istəyir, lakin heç kim özünü dəyişdirməyi düşünmür
  • Şikayət etdiyiniz həyat bəlkə də bir başqasının xəyalıdır.
  • Başqalarının həyatlarından dərs alın.İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.

 

Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz.

Lev Tolstoy

 

 

0 şərh